Bu günə kimi Müəllif Hüquqları Agentliyində 9 mindən çox əsər qeydiyyatdan keçib

Ölkəmizdə qeydiyyat sisteminin tətbiq olunduğu 1996-cı ildən indiyədək Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində 9 mindən çox əsər və
əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib. Agentlikdən verilən məlumatda bildirilir ki, 2013-cü ildə 195 müəllifin 578 əsəri qeydiyyatdan keçirilib və əsərin
qeydiyyatı haqqında 365 Şəhadətnamə verilmiş, 13 müəllifin 21 əsəri elektron 2 qaydada qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 21 şəhadətnamə verilib.
2013-cü ildə istifadəçi təşkilatlar tərəfindən 92 min manatdan artıq müəllif qonorarı hesablanıb, 303 nəfər müəllifə köçürmə yolu ilə 50279 manat qonorar verilib. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31