Mədəniyyət və Turizm Nazirliyi xalq artisti üçün tapşırıq verdi
21 Fevral 2014 16:32 MədəniyyətMədəniyyət və Turizm Nazirliyi uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən xalq artisti, rejissor və aktyor Ramiz Əzizbəyli ilə bağlı tapşırıq verib. Bu haqda SİA-ya mədəniyyət və turizm nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib: "Artıq xalq artisti Ramiz Əzizbəylinin müalicəsi üçün rəhbərlik tərəfindən tapşırıq verilib. Onu da deyim ki, "Azərbaycanfilm" kinostudiyasının rəhbərliyi bu işlə ciddi məşğuldur. Ümid edirik ki, Ramiz bəy yenidən sağalıb işin başına keçəcək".
Nəzərinizə çatdıraq ki, Ramiz Əzizbəyli hazırda Tibb Universitetinin tədris terapiya şöbəsinin reanimasiyasındadır. O, bir müddət əvvəl avtomobil qəzası keçirmişdi, lakin maddi imkansızlıqdan evində müalicə alırdı.
Qeyd edək ki, xalq artisti Ramiz Əzizbəyli "Bəxt üzüyü", "Pirverdinin xoruzu", "Yalan" və başqa sevilən filmləri rejissorudur.