Günay Musayeva ərinə xəyanət edib?
21 Fevral 2014 19:11 MədəniyyətAzərbaycanlı model Günay Musayevanın Türkiyə mətbuatında ötən axşam Adnan Ayten adlı iş adamı ilə Etilərdə səhərə qədər səmimi şəkildə əyləndiyi və iş adamının modelə qızılgül aldığı haqda yayımlanan xəbərlərə münasibət bildirib.
"Qafqazinfo"nun məlumatına görə, model sosial şəbəkə vasitəsilə yayılan məlumatların əsassız olduğunu bildirib:
"Əvvəl fevralın 14-də boşanacağım haqda xəbərlər yayımlandı. İndi isə iş adamı ilə səmimi şəkildə əyləndiyimi yazırlar. Mən evli qadınam, evliliyimdə hər şey yolunda gedir. Dostlarımla konsert izləməyə getmişdim. Əlində çiçək olan mən deyildim, rəfiqəm idi. Xəbərdə adı keçən şəxsi tanımıram, səmimiyyətdən söhbət gedə bilməz".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31