Gözəllik kraliçası güllələnərək öldürüldü

Ölkənin tanınmış siması olan Genesis Carmona ixtişaşlar nəticəsində ölən əllinci adam olub. Venesuelada 22 yaşındakı gözəllik kraliçası güllələnərək ölüb. Ölkənin tanınmış siması olan Genesis Carmona ixtişaşlar nəticəsində ölən əllinci adam olub.
Gənc qadın motosikletli bir adam tərəfindən başından güllə ilə vurularaq öldürülüb. Genesis Carmona hadisənin ardından dərhal xəstəxanaya aparılıb ancaq edilən müdaxilələrə baxmayaraq qadını xilas etmək mümkün olmayıb. Valensiya şəhərindəki nümayişlərdə ölən Genesis Carmona 2013-ci ilin turizm gözəli seçilib. Eyni zamanda universitetdə turizm təhsili alan gözəllik kraliçasının məzun olmasına yalnız bir qalmışdı.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31