Seda Sayan cəzalandı
20 Fevral 2014 19:16 MədəniyyətTürkiyənin məşhur müğənnilərindən biri Seda Sayan "Ankaralı Turqut" kimi tanınan Turqut Kartaşı təhqir etməkdə suçlanıb. Məhkəmənin qərarına görə, Seda Sayan mənəvi təzminat qismində 6 min lirə ödəməlidir. AHT bildirir ki, hökmdə S.Sayana 5 il sınaq müddəti də verilib. Əgər bundan sonrakı 5 il ərzində müğənni yenidən analoji qanun pozuntusuna yol verərsə, onun barəsində əlahiddə qaydada cinayət işi qaldırılacaq və mühakimə ediləcək. milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31