Tarkanın arzuları puç oldu
20 Fevral 2014 19:41 MədəniyyətTürkiyənin ən məşhur müğənnilərindən biri, meqastar Tarkan dünən Twitter-dəki profilində "Arzularım puç oldu, heyhat" yazıb. Müğənnini pərişan edən səbəb isə İstanbulun Beykoz səmtində, şəhərdən kənarda, Bozhane kəndindəki villasının önündən magistral yol çəkilməsidir.
AHT bildirir ki, villanın önündəki təpələr dəlinəcək, oradan körpü və tunel çəkiləcək.
Tarkanın bağında viadukun sütunları qoyulacaq, qarşıdakı təpə isə dəlinəcək. Təpədəki ağacların əksəriyyəti artıq kəsilib.
Halbuki Tarkan bu villanı alanda səs-küydən uzaq məkanda, təbiət qoynunda istirahət arzulayırdı. milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31