Xalq artisti Firəngiz Şərifova II Fəxri Xiyabanda dəfn olunacaq
20 Fevral 2014 13:33 MədəniyyətGənc Tamaşaçılar Teatrının aktrisası, xalq artisti Firəngiz Şərifova II Fəxri Xiyabanda dəfn olunacaq. Bu barədə teatrın mətbuat xidmətindən "OLAYLAR"a məlumat verilib. Məlumata görə, mərhumla vida mərasimi bu gün saat 15:00-da Aktyorlar Evində olacaq. Aktrisanın hər hansı xəstəlikdən əziyyət çəkmədiyi bildirilir. Qeyd edək ki, Firəngiz Şərifova 2011-ci ilin sentyabrınadək Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31