Xalq artistinin son arzusu yerinə yetmədi
Firəngiz Şərifovanın nəvəsi Eldar Qasımov bazar gününə planlaşdırlan konsertini təxirə salıb
20 Fevral 2014 13:22 MədəniyyətBu gün səhər saatlarında vəfat edən Azərbaycanın 90 yaşlı Xalq artisti Firəngiz Şərifovanın son arzusu bilinib. ANS PRESS-in məlumatına görə, sənətçinin istəyi nəvəsi, Azərbaycanı "Eurovision 2011" mahnı müsabiqəsində təmsil edən və qalib gələn Eldar Qasımovla bağlı olub. Belə ki, sənətçi gənc müğənninin bazar gününə planlaşdırdığı solo konsert proqramının tez baş tutmasını istəyib. Xalq artistinin son arzusuna baxmayaraq Eldar onun ölümü ilə bağlı olaraq konsertini təxirə salıb.
"Konsertimi başqa günə keçirəcəm və nənəmin xatirəsinə həsr edəcəm. Mən istəyirəm ki, heç kim kədərlənməsin. Çünki mən özüm kədərlənmirəm, konsert günü nənəm həmişə olduğundanda yaxın olacaq mənə".
Qeyd edək ki, Firəngiz Abbasmirzə qızı Şərifova 1924-cü ildə fevral ayının 6-ı Bakıda korifeylər ailəsində anadan olub. Teatr və kino rejissoru, xalq artisti Abbas Mirzə Şərifzadənin qızıdır. Firəngiz Şərifova Abbas Mirzə Şərifzadə, qısametrajlı sənədli filmində, "Bayquş gələndə", "Bir ailəlik bağ evi", "Bizim küçənin oğlanları", "Dağlı çörəyi", "Ən vacib müsahibə", "Gümüşgöl əfsanəsi", "Xüsusi vəziyyət", "Qaraca qız", "Qərib cinlər diyarında", "Qətl günü" kimi filmlərdə çəkilib.