Serdar Ortaç evlənir

Türkiyəli məşhur müğənni Sərdar Ortaç bu ilin aprel ayında evlənəcəyini açıqlayıb.  Türkiyə mətbuatı xəbər verir ki, uzun müddətdir ki, toy üçün məkan axtaran Sərdar axır ki, qərarını verib. Müğənninin toyu Türkiyənin ən lüks  otellərindən birində baş tutacaq. İrlandiyalı nişanlısı Kloe Lounqhonla "Park Bosphorus İstanbul Hotel"də evlənəcək müğənni  "İstanbulun mərkəzində, bu qədər lüks bir oteldə toy edəcəyim üçün çox xoşbəxtəm", - deyib. Cütlüyün toy hazırlıqlarına davam etdikləri deyilir. publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31