Mintac Elsevər Azərbaycan Yazıçılar Birliyinin üzvü seçildi - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Peşəkar jurnalist, Azərbaycan Televiziyasının aparıcısı Mintac Elsevər Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib.
Mintac Elsevərə üzvlük vəsiqəsini, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, tanınmış şair-esseist Səlim Babullaoğlu təqdim edib.

Qeyd edək ki, telejurnalist Mintac Elsevər uzun illərdir ki, televiziya sahəsində çalışır. O, bir çox televiziya verilişlərinin, maraqlı layihələrin, həmçinin Azərbaycanın ictimai-siyasi, mədəni tarixində xüsusi xidmətləri olan görkəmli şəxsiyyətlərlə bağlı silsilə sənədli filmlərin müəllifidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31