Tarixə səyahət: 1970-ci illər Şuşa - UNİKAL GÖRÜNTÜLƏR “Qızıl fond”da

1970-ci illərin Şuşa şəhərinin nadir görüntüləri Azərbaycan Televiziyasında nümayiş olunub.

Ollaylar.az xəbər verir ki, AzTV-nin "Qızıl Fond"unda qorunan Azərbaycan televiziya tarixinin nadir kadrlarında Şuşanın tarixi-mədəni irsi, təbiət abidələri və sosial-mədəni hadisələri əks olunub.

Qeyd edək ki, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

Keçiddə Şuşanın heç yerdə görmədiyiniz görüntlərini izləyə bilərsiniz:

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31