Şuşa İƏT-in Gənclər Paytaxtı seçilib
10 Noyabr 2023 13:58 MədəniyyətQarabağın incisi olan Şuşa şəhəri İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib.
Bu barədə Olaylar.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi "Gənclər Paytaxtı 2024" beynəlxalq proqramının seçim komissiyası tərəfindən 2024-cü il üzrə namizədliyi irəli sürülən Şuşa şəhərinin "İƏT Gənclər Paytaxtı" seçilməsi ilə bağlı yekdilliklə qərar qəbul edilib.
İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova iştirak ediblər.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31