DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilib - FOTO
7 Noyabr 2023 20:00 MədəniyyətDövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Günü ilə əlaqədar mədəni proqram təqdim olunub.
Bu barədə Olaylar.az-a DTX-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə DTX-nin əməkdaşları, Vətən müharibəsi iştirakçıları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları və hərbi hissəsinin əsgərləri iştirak ediblər.
Tanınmış mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda ifaları ilə müşayiət olunan konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31