Azərbaycan-Türkiyə qardaşlığının ortaq duyğusu

Olaylar.az trtavaz-a istinadən xəbər verir. Azərbaycan Respublikasının əməkdar artisti, dirijor, pianoçu və bəstəkar Turan Manafzadə Türkiyə Cümhuriyyətinin 100 illiyinə bəstələdiyi "Türkiyə 100" adlı əsərini nəşr etdirib. Manafzadə bəstəni Türkiyə Cümhuriyyətinə olan ən xoş hisslərinin ifadəsi, Azərbaycan-Türkiyə qardaşlığının ortaq duyğusu kimi qiymətləndirdiyini deyib.

Mədəniyyət diplomatiyasının ölkələr arasında birliyi təmin etdiyinə diqqət çəkən bəstəkar ölkədaxili və beynəlxalq konsertlərində Azərbaycanın Qarabağ zəfəri üçün bəstələdiyi "Türkiyə 100", "Azərbaycanım" və "Yüksəl" kimi əsərlərini səsləndirəcəyini bildirib. Manafzadə bəstənin türk xalqı tərəfindən sevilməsindən və diqqət çəkməsindən çox məmnun olduğunu bildirib. Sosial mediada geniş şəkildə paylaşılan "Türkiyə 100" mahnısı 23 oktyabr bazar ertəsi günündən etibarən bütün musiqi platformalarında dinlənilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31