Qırğızıstanda Türk Dünyası Kulinariya Festivalı keçirilib - ÖZƏL

Qırğızıstanın Bişkek şəhərində, Supara Ethno restoranında Türk Dünyası Kulinariya Festivalı keçirilib.

Olaylar.az xəbər verir ki, 7 ölkənin iştirak etdiyi festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Makedoniya, Macarıstan və qardaş Türkiyədən nümayəndələr iştirak edib.

Festivalda Azərbaycanı "Qarabağ mətbəxinin inciləri" kitabının elmi redaktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) rəhbəri Tahir Əmiraslanov öz komandası təmsil edib. 

Tahir Əmiraslanovun sözlərinə görə, Azərbaycanın çıxışı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Tədbirdə Qırğızstanın bir sıra rəsmiləri iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31