Türk dünyası artıq addım-addım genişlənir, köhnə coğrafiyamızı özümüzə qaytarır - ÖZƏL
5 İyun 2023 14:37 Mədəniyyət"Cavanlıq illərimizdə bir şeir yazmışdım:
Bu Vətən deyilən dünyam sirlidi,
Bir paytaxtı sevinc, bir paytaxtı qəm.
Bu Vətən torpağı çox qəribədi,
Hələ sərhədini tapa bilmirəm".
Olaylar.az xəbər verir ki, bunu II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında çıxış edərkən Azərbaycan Respublikasının xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.
"Biz illər uzunu öz vətənimizin sərhədlərini axtarmışıq, amma tapa bilməmişik. Çünki bu sərhədləri bilərəkdən, qəsdən, düşmənçiliklə qayçılayıblar. Arazdan şimalda bir balaca Azərbaycan təqdim ediblər bizə ki, bizim vətənimiz budur və bütün bu akademiyalar, elmi institutlar, orta məktəblər, kitablar hamısı ona köklənib bizi yalnış tarix və coğrafiya ilə barışdırmaq istəyirlər. Bu gün Azərbaycan, dünya dəyişilir.
Mən düşünürəm ki, bu gün türk dünyası, hansı ki, zamanında adı çəkiləndə bizi topa tuturdular, o artıq addım-addım genişlənir, köhnə coğrafiyamızı özümüzə qaytarır".