Bu festival bizim müəyyən gənclərimiz üçün çox önəmli olacaq - ÖZƏL
5 İyun 2023 14:36 Mədəniyyət"Burdan bütün türk ellərinə salamlar olsun".
Olaylar.az xəbər verir ki, bunu II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında çıxış edərkən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva deyib.
"Türk ellərini ayaqda saxlayan, ən çətin anlarımızda bizi güclü tutan həmişə mədəniyyətimiz, ədəbiyyatımız olub. Ona görə böyük Cavid deyirdi ki, Turana qılıncdan daha kəskin, ulu qüvvət yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!
Bu il ümumilli liderimiz Heydər Əliyevin 100-cü ildönümündəyik. Böyük Heydər Əliyev ki, mədəniyyətin xalqın həyatındakı yerinə ən gözəl şəkildə söyləyərək işlər görürdü. O Heydər Əliyev ki, türk dünyasının birliyi, bu birliyin mədəniyyətdən keçməsinin önəmini xüsusi vurğulayaraq, Dədə Qorqudun 1300 illik yubileyində bütün türk ellərini dəvət etmişdi.
Artıq zəfərlə yazılan kitablar daha çox stendlərimizi bəzəyir. Bu çox gözəl bir hadisədir. Ona görə mən əməyi keçən hər kəsə təşəkkür edirəm. İnanıram ki, bu festival bizim müəyyən gənclərimiz üçün çox önəmli olacaq. Eyni zamanda düşünürəm ki, bu səfər bura gələn aydınlarımızın, yazıçılarımızın yaradıcılığında önəmli yer tutacaq".