Həqiqət bizim tərəfimizdədir - ÖZƏL

"Biz gələcəyə silahla gedirik. Çünki torpaqlarımızı işğaldan silahla azad etmişik. Danışıqlarla, boş-boş vədlərlə yox, şəhidlərimizin, qazilərimizin qanı ilə azad etmişik".

Olaylar.az xəbər verir ki, bunu II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar deyib.

"Biz gələcəyə həm də kitabla getməliyik. Çünki kitabsız silahın da əhəmiyyəti yoxdur. Kitab, kitab mədəniyyəti, ədəbiyyat nəsilləri mübariz ruhda yetişdirir və bunun nəticəsində şanlı tarix gəlir.

Mən dünən Ankarada idim və dünən orda gözlənilmədən yağış yağmağa başladı. Xəbər verdilər ki, səhəri, yəni bu gün Bakıda da yağış yağacaq. Mən də fikirləşdim ki, onda bu tədbiri necə keçirəcəyik? Amma görünür ki, təbiət də bizim tərəfimizdədir. Çünki Allah bizim tərəfimizdədir, həqiqət bizim tərəfimizdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31