İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilib - ÖZƏL

Bu gün Milli Elmlər Akademiyasının parkında II - Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilib.

Olaylar.az xəbər verir ki, saat 11:00-dan 19:00-a qədər davam edəcək tədbirin açılış mərasimində bir sıra ziyalı şəxslər, millət vəkilləri, yazıçı-publisistlər və II Vətən Müharibəsi qaziləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Qonaqlar şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra layihə rəhbərləri, qonaqlar çıxış edərək, şeirlər səsləndirib, öz fikirlərini bölüşüblər.

Tədbir musiqili konsert proqramı ilə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31