Nilgün: Heç kimin edə bilmədiyini edən qız
Türkiyənin Zeldası
29 İyun 2012 07:42 MədəniyyətNilgün ölüb. Beşinci mərtəbədəki evinin pəncərəsindən özünü atıb. Ece Ayhan dedi mənə bu xəbəri. Çox fərqli insan idi Zelda. Axşamlar üzü ağarar, baxışlarına çox gözəl, amma qorxunc parıltı gələrdi. Çox gənc idi. Deyəsən hələ heç 30 yaşına da çatmamışdı. Ece ilə " Gərgədan" dərgisi üçün hazırladığımız müsahibədə onun haqqında demişdi: "O, bu dünyanı başqa bir həyatın gözləmə dəhlizi ya da vaxt keçirmə yeri kimi görürdü. Çevrilib keçmişə baxanda Nilgünün üzündə kədər də görürəm. O vaxtlar görməmişdim. İndi anlayıram. "
Cemal Süreyya: '' 841-ci gündə''
Başqa bir şair Ece Ayhan isə onun haqqında yazırdı: "Tezerlə bir yerdə mənimlə həmişə açıq-saçıq zarafatlar edirdilər. İkisi də eyni vaxtda sinələrini açıb mənə göstərirdilər".
İki qadın; Silviya Plat, Nilgün Marmara.
Silviya Plat Nilgünün həyatında böyük rol oynayacaqdı. Universiteti bitirmək üçün tədqiqat işi yazmaq lazım gələndə o Platı seçmişdi. Və Plat aqibəti onu evinin beşinci mərtəbəsindən başlanan uçuşa qədər təqib edəcəkdi. Diaqnozları belə eyni idi: maniakal depressiya.
Birinci qadın üçün Soner Yalçın yazır: "Təqvim onun üçün 1932-də başladı. İntihara meylli qadın, təqvim 1963-cü ilin fevralını göstərdiyi gecə yatan uşaqlarına baxdı. Yanına şirniyyatla dolu boşqab və stəkanda süd qoydu. Otaqlarının qapısını bağladı və içəriyə zəhərli hava keçməməsi üçün qapının kənarlarını tıxadı. Mətbəxə keçdi, başını hava qazı sobasının içinə soxdu".
İkinci qadın isə "Həyatın harasından qayıtsan, xeyirdir" dediyi həyata, 1958-ci ilin 13 fevralında, İstanbulda Balkan mühaciri olan ailəsinin iki qızından biri kimi, Nilgün Marmara olaraq başladı. "Yaşama qarşı ölüm" deyib, 1987-ci ildə yaşadığı evin 5-ci mərtəbəsindən özünü ataraq - "Həyatımı bir gün köhnə əşya alan satıcılara verəcəm - o gün, zərrələrim hər yana dağılıb torpağın, suyun ölümsüzlüyünə birləşəcək və mən azad olacağam" - söz verdiyi kimi özünü azad etdi.
Məktəb və liseyi Kadıköy Maarif Kolleci və Anadolu Liseyində bitirdi. Boğaziçi Universitetinin İngilis Dili və Ədəbiyyatı fakultəsində təhsil aldı. Universiteti bitirmək üçün hazırladığı müdafiədə Silviya Platın həyat və yaradıcılığını araşdırdı və onun yaşama baxışından, şeirlərindən, həyatından intihar edəcək qədər təsirləndi. Fərdin gerçəklə xəyal arasında qalan narazılıq və mübarizəsi haqda yazdığı şeirləri müxtəlif dərgilərdə yayımlandı və beləcə, Ece Ayhan, Orhan Alkaya, Gülseli İnal, Lalə Müdür, Cezmi Ersöz, Serdar Aydın, Küçük İsgəndər kimi şairlər onun şeirlərindən təsirləndi.
1980-ci illərdə, İkinci Dünya Müharibəsində Fransada Müqavimət Hərakatında iştirak edən, "Zabit Aleksandr" ləqəbi ilə mübarizə aparan şair Rene Şardan tərcümələr etdi.
Şeirlərinin birində " Ben babamın yuvarladığı qar qayalarının altında kaldım" deyən Nilgün 1982-ci ildə sənaye mühəndisi olan Kağan Önalla evləndi.
Və artıq Ece Ayhan, Camal Sürəya, Edip Cansevər, Tomris Uyar, İlhan Berk, Cezmi Ersöz , Orhan Alkaya və Küçük İskəndər kimi şairlərlə İstanbulda - Qızıltorpaqdaki evlərində görüşürdülər. Hər bazar günü gerçəkləşən görüşlərinin adını, toyuq budu bişirdikləri üçün "Bud qonaqlığı" qoymuşdular.
Nilgünün caz qırtlağı ilə oxuduğu mahnılara görə, Cemal Süreyya onu amerikalı yazıçı Skott Fitsceraldın həyat yoldaşı Zeldaya oxşadaraq "Çılğın Zelda" olaraq çağırırdı və Nilgün yaddaşlarda bu adı ilə də qaldı.
İlhan Berk isə ona yazdığı bütün məktubları "Böyük Nilgün" olaraq başlayırdı.
Küçük İsgəndər onu sonralar "Gözəl Marmara" adlandıracaqdı.
Ədəbiyyat mühitinə onu İlhan Berk tanıtmışdı.
Həyat yoldaşının işi ilə əlaqədar Liviyada yaşadılar. Azadlıq eşqi ilə yaşayan, fiziki azadlıqdan çox ruhunun azad olmasını istəyən Nilgün üçün Liviyada yaşamaq asan deyildi. Ölkənin qapalı durumuna dözə bilmədiyi üçün yenidən Türkiyəyə qayıtdılar.
Silviya Platdan təsirlənməsi nəticəsində hər zaman ruhunun azad olmasını arzulayan və bunun mümkünsüz olmadığını düşünən Nilgünün psixoloji durumu daha da pisləşirdi. Ona maniakal depressiv diaqnozu qoydular və yazmağı qadağan etdilər. Ancaq heç kimi dinləməyən Nilgün yazdı, yazdı, yazdı...
Təkliyə və içkiyə daha da yaxınlaşdı. "Ilık bir süzülüşle Geri dön hayat, Bırakma yeryüzü salına tünemiş pek kara kuşlar; Örtsün bakışımı, Görmek acısı sürsün pencere tutsağının; Düşsün hayatı suya" deyən Nilgün , özünü 5-ci mərtəbədə yerləşən ," Bud qonaqlığı" verdikləri evinin pəncərəsindən atması ilə eyni qəfəsdə yatdıqları quşunu da özü kimi azad etdi, lap şeirindəki kimi:
"Kuşum ve ben bir aynada uyuyoruz,
kafesimiz yatağımız
yüzlerimiz eşlerine baka baka
sonsuz kar altında uyuyoruz
kuşum ve ben.
Eşim ve ben
kızıl bir bağla bağlıyız birbirimize
Çözülürse yoksulluk sevinir
Aynamızın içinde tek bu bağ...
Kızıl kıskanç eşim kuşum ve ben..."
Ölümündən sonra Cihat Burak "Axı niyə?" deyə soruşmuşdu. Cemal Süreyya heç nə soruşa bilməmişdi. Nejat Bayramoğlu isə "Heç birimizin edə bilmədiyi şeyi etdi bu qız" demişdi. Küçük İsgəndər "Nildə günəş qəfildən batdı" deyə bildi...
Ölümündən sonra ən yaxın dostu, bir-birləri üçün yerlərinin xüsusi olduğu Ece Ayhan Nilgün barədə yazdığı yazıda deyir: "Əvvəlcə, Nilgün Marmaranı hamı kimi deyil, özünəxas və çox fərqli, bənövşə rəngli bir paltarla, tələbə kimi düşündüyümü deyəcəm. Amma dərslərə çox gəlməyən və ümidsizlər pilləkənində oturmağı seçən çox qəribə tələbə; daha doğrusu, bənzərsiz tələbə kimi düşündüyümü deyəcəyəm. Partası bəlkə qabaqdadır, amma özü ən axırda olmağı sevir. Heç vaxt imtahandan kəsilməyib. Və sanki onunla eyni sinifdə və eyni partadayıq - 1987-ci il oktyabrının 13-də özü hələ 28-29 yaşında gənckən İstanbulda, Qızıltorpaqda, qorxunc ölümündən sonra da! Hər hansı tərəddüd yaşamadan və heç çəkinmədən deyirəm: " Bir tənəffüs artıq yaşasaydı, təbiət dərsində lövhəyə qalxacaqdı! "
Cemal Süreyyanın Zeldası özündən geriyə sadəcə, şeirlərini, haqqında yazılan yazıları, şeir kitablarını - "Daktiloya Çekilmiş Şiirler (1980) ", "Mətnlər (1990)", Gündəliyi - "Qırmızı qəhvə rəngli dəftər"i və "Silviya Platın poeziyasının intiharı konkteksində təhlili" adlı müdafiəsini buraxdı. Şeirlərini birinci şəxsin dilindən yazan, ölüm və intiharı şeirlərində daha çox işləyən və həyatı hər zaman sorğu-suala çəkən, ölümü ruhun azadlığı kimi görən, hər zaman özü ilə həyat, ölüm, azadlığa dair daxili çəkişməsi olan - həyatda niyə olduğunu, yaşamağın azadlıq olmadığını düşünən və elə buna görə də intiharı seçərək azad olan Marmara şeirlərində belə deyirdi:
***
Azımsanamayacak kadar ölmüşüm
Azimsanamayacak denli ölüyüm...
Geliyorlar, bu evde doğan yeni bir ölümü görmeye;
koşarak, düşe - kalka yuvarlanarak, sürünerek...
Nasıl olursa olsun;
görmek için bu eski dostlarinin yeni cesetlerini
ve göstermek için kendi dirimlerinin kivilcimlarini ,
geliyorlar.
Ölüm sessizligi, toz ve küf kokan evden ayrıldıktan sonra
seviniyorlar canlıyız diye.
Manolya
O zaman da aynı karanlık aynı yarasaydı,
Manolya delirmezden önce.
Büyükannemizin kocaman bakla bir evi,
Uzun pencereleri vardı, sedirinde ölü doğmuş fareler pembeliği.
Okurduk leziz balgamlı gazetelerini büyükbabamızın,
Okşarken ve korkarken erkek anamızdan,
Babamız bir gılman, pir şefkat,
Acımızın cümbüşünde sarsak bir kukla,
O yokuşta onursuz müezzin kuşları,
Sabaha karşılar, akşama karşılar hep,
Dizleri topunun diplerimiz olmuştu,
Uzun uzadıya bir fener alayı...
Karanlık aynı, yarasa ayna, bu eller bu yüz'den yıkandıktan,
Manolya delirdikten sonra.
***
unutuş bir kaynak olmalı
yeniyi her ana yaymak için
ben sana olmalıyım
bana sen bir kaynak
***
bütün yalnızlıklarınızın ilenci korusun çoğulluklarınızı
cinnet koyun erdemin adını
maskelerinizi kuşanıp yalanlarınızı çoğaltın
hepiniz mezarısınız kendinizin...
***
Ve şimdi yollarinda
yaşamın çığlık tünelleri kazimak
ve susmak'ı yazmak kalmıştır işaretleyenlere.
***
Kimdi o kedi,
zamanın eşyayı örseleyen korkusunda
eğerek kuşları yemlerine,
bana ve suçlarıma dolanan?
Gök kaçınca üzerimizden
ve yıldız dengi çözüldüğünde neydi yaklaşan
yanan yatağından aslanlar geçirmiş
ve gömütünün kapağı hep açık olana?
Yedi tül ardında yazgı uşağı,
görüldüğünde tek boyutlu düzlüktür o
ve bağlanmıştır körler örümcek salyası kablolarla birbirine sevişirken
, iskeletin sevincini aklın yangınına döndüren,
fil kuyruğu gerdanlıklarla.
Yine de, zaman kedisi pençesi ensemde,
üzünç kemiğimden çekerken beni kendi göğüne,
bir kahkaha bölüyor dokusunu düşler marketinin,
uyanıyorum küstah sözcüklerle:
Ey, iki adımlık yerküre senin bütün arka bahçelerini gördüm ben!
kulis.az