Ağladı Azərbaycan!
9 Dekabr 2022 10:16 MədəniyyətUlu Öndər Heydər Əliyevin
əbədiyaşar xatirəsinə
Bir atanın evində yarandı şux kəhkəşan,
İllərlə böyüyərək, boy atdı o durmadan.
Səpələdi hər yana ulduzların bir zaman,
Alim, rəssam, kimyaçı oldular çox çalışqan.
***
Ulduzlardan birini gur parlatdı yaradan,
Vüqarı, əzəməti hamını etdi heyran.
Müdrik siyasətiylə xalqı etdi yuxudan,
Onun gur şöləsinə aqil oldu toplaşan.
***
Baxmayaraq çox oldu, ayağına dolaşan,
Çox çalışdı, xalqını etmədi O, pərişan.
Böyük şəxsiyyət idi "HEYDƏR" adlı qəhrəman,
Ulu Öndərimizdir, əbədiyaşar insan.
***
Ömür vəfa vermədi, belə yazıbmış yazan,
Dünyasını dəyişdi, qəlblərdə olan insan.
Küçələrdə izdiham, Onunla vidalaşan,
Təkcə insanlar deyil, ağladı Azərbaycan!
Gülnarə Əlibalayeva
Cəfər Cabbarlı ev-muzeyinin
böyük elmi-işçisi, jurnalist