Bizim Zəfər bayramımız
4 Noyabr 2022 10:56 MədəniyyətŞəhidlərə vəfa olsun,
Qazilərə şəfa olsun.
Vətənimə səfa olsun,
Bizim Zəfər bayramımız.
***
Sevinc dolu ifa olsun,
Yağılara cəfa olsun.
Əsgərlərə dua olsun,
Bizim Zəfər bayramımız.
***
Şərəflərə əda olsun,
Düşmənimiz fəda olsun.
El-obaya səda olsun,
Bizim Zəfər bayramımız.
Əlibalayeva Gülnarə
Cəfər Cabbarlı ev-muzeyinin böyük elmi-işçisi, jurnalist.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31