Azərbaycan və özbək xalqlarının mədəniyyətləri çox zəngindir - ÖZƏL

"Azərbaycan və Özbək xalqlarının mədəniyyətləri çox zəngindir. Hər bir xalqın, millətin özünəməxsus  milli geyimləri var. Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində milli geyimlərimiz də diqqət mərkəzində oldu".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov səsləndirib. O bildirib ki, bu günlərdə Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri dost, qardaş ölkədə çox maraqla qarşılanıb və böyük coşqu yaradıb: "Azərbaycanlı tanınmış modelyer Afaq İsmayılzadənin hazırladığı və hər iki xalqın naxışları, milli koloritlərini özündə əks etdirən libaslar böyük maraqla qarşılandı"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31