AYB-nin onüçüncü qurultayöncəsi məruzələr kitabı nəşr olunub

Azərbaycan Yazıçılar Birliyinin onüçüncü qurultayöncəsi məruzələr kitabı nəşr olunub.

Kitaba nəsr (məruzəçi Elçin Hüseynbəyli), poeziya (İbrahim İlyaslı), dramaturgiya (Firuz Mustafa), ədəbi-tənqid (Əsəd Cahangir), publisistika (Azər Turan), tərcümə (Səlim Babullaoğlu), uşaq ədəbiyyatı (Qəşəm Nəcəfzadə), Güney Azərbaycan ədəbiyyatı (Sayman Aruz), Türk dünyası ədəbiyyatı (Əkbər Qoşalı), gənclərin yaradıcılığı (Fərid Hüseyn), AYB-nin bölgə ədəbiyyatının vəziyyətilə (İlqar Fəhmi) bağlı on bir məruzə daxildir.

Kitabda toplanmış məruzələr ədəbiyyatşünaslar və ədəbiyyat nəzəriyyəsi, tarixi üçün ciddi mənbə hesab olunur.

Nəşrin tərtibçisi və redaktoru AYB katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylidir.

Qeyd edək Azərbaycan Yazıçılar Birliyi bundan əvvəl "Qarabağ dastanı: 30 ilin həsrəti - 44 günün zəfəri", "Bütün yollar Şuşaya aparır", "Qızcığazın ünvansız məktubu" ktablarını nəşr edib və hazırda Qarabağ qazilərinin yaradıcılığından ibarət "Barıt qoxulu sətirlər..."  kitabını çapa hazırlayır.

AYB-nin onüçüncü qurultayının payız aylarında keçirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31