Sağlamlığım, məndən cüda düşmə sən,
Axı, arzularım hələ bitməyib.
Sağlamlığım, mənə vida etmə sən,
Qəlbim muradına hələ yetməyib.
***
Axı, nə etmişəm, qaçırsan məndən,
Çəkdiyim əzablar hələ bitməyib?
Bəlkə əskiltmişəm səni əzəldən,
Çıxdığın əvəzlər nida etməyib?
Əlibalayeva Gülnarə
Cəfər Cabbarlı ev-muzeyinin böyük elmi-işçisi, jurnalist