Dadaşova TƏƏCCÜBLƏNDİRDİ: "Bakının dərdi var, adət-ənənəsini qoruya bilmir"

"Bakının dərdi var, söyləyə bilmir. Ağız deyəni qulaq eşitmir. Ədəb-ərkan pozulsa belə kəsdiyi çörəyi danmır, itirmir. Yaxşı niyyətindən dünya danışır. Qonaqla tez dil tapır. Qaynayır, qarışır. Vəfalı, ziyalıdır, gözü götürməyəni çox, mənim kimi başı bəlalıdır. Müasir olduğu qədər, sadədir, həyalıdır".

Olaylar.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında yazıb. Sənətçi paytaxt Bakı ilə bağlı yazdığı qeyr-adi fikirlərinə bunları da əlavə edib:

"Abırına sığınıb danışmır, dinmir. Adət-ənənsini qoruya bilmir. Bakının dərdi var. Şikayət etmir. Ağız dediyini qulaq eşitmir. Mənim şirin-şəkər gözəl şəhərim. Bəzən mülayim, bəzən fırtınalı, bəzən küləkli şəhərim. Hüseyn Cavid, Müşviq, Əhməd Cavaddır, boğazımda qəhərim...".

Dadaşova bu paylaşımlarına ümumilikdə "Ürəyimdən gələn sözləri qafiyələrə çevirdim, Bakımıza həsr etdim" sözlərini əlavə edib. 

BAKU.WS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31