Günah

Rahat yaşamaq üçün  günaha yol verilməz,

Günahı yumaq üçün bir ömür bəs eyləməz.

Aldadıb haram yedin,o, ac getdi evinə,

Acıladın kimisə, nəsə girdi cibinə?

*** 

Təhqirlə hədə gəldin tabeliyindəkinə,

Ardını düşünmədin, günah yazılır sənə?!

Günahlar müxtəlifdir, bunu da dərk etsənə!

Haqsızlıq da  günahdır, ədalətə gəlsənə !

*** 

Günah çox, ömür qısa,dolmuşdur artıq kasa,

Əzəldən suçsuz yaşa,rahat vur  ömrü başa!

Düşün-daşın, haqqa  gəl, tövbə et  bu dünyada,

Axirətin cəzasın, çəkmə sən o dünyada!     

Əlibalayeva Gülnarə

Cəfər Cabbarlı ev-muzeyinin böyük elmi-işçisi, jurnalist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31