Cari ildə 42 abidə pasportlaşdırılacaq

Bu il azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılacaq. "Olaylar" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, 2020 və 2021-ci illərdə abidələrin pasportlaşdırılması prosesi yüksələn xətlə davam edib. 15-i işğaldan azad olunmuş ərazilərdəki abidələr olmaqla 110 pasport layihəsi 2021-ci ildə təsdiq edilib:"Hazırda isə 155 abidənin pasportu və 108 abidənin mühafizə zonası üzrə sənədlərin təsdiqlənməsi ilə bağlı müvafiq işlər (Pasportlaşmaya münasibətdə Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşma, mühafizə zonalarına münasibətdə rayon/şəhər icra hakimiyyətləri, Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşma) görülür. Bu pasportlardan 42-si və mühafizə zonalarına dair sənədlərdən 10-u işğaldan azad olunmuş ərazilərdəki abidələrin payına düşür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31