Sevimli olur

Sevilib seçilən hər hansı sənət,

Uğur gətirəndə sevimli olur.

Gördüyün işlərə edilən hörmət,

Dəyər veriləndə sevimli olur.

***

Çəkilən zəhmətə qoyulan qiymət,

Minnətsiz olanda sevimli olur.

Alın yazısında oxunar qismət,

Yazı təmənnasız sevimli olur.

     Əlibalayeva Gülnarə   

                       Cəfər Cabbarlı  ev-nuzeyinin  böyük elmi-işçisi, jurnalist 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31