Beren Saata qonşu olmaq üçün 7 milyon dollar ödədi
Tanınmış aktrisalar Beren Saat və Belçim Ərdoğan qonşu oldular
22 İyun 2013 09:28 MədəniyyətTürkiyənin tanınmış aktrisası Belçim Ərdoğan yaxın rəfiqəsi Beren Saata qonşu olmaq üçün həyat yoldaşını 7 milyon dollar xərcə salıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktrisa Beren Saatın yeni evini çox bəyənib və əri Yılmaz Ərdoğana rəfiqəsi ilə qonşu olmaq istədiyini deyib.Beren Saatın evinin yanındakı villanın qiymətinin 7 milyon dollar olduğunu öyrənən Y.Ərdoğan, əvvəlcə bu fikirdən daşınıb. Ancaq daha sonra həyat yoldaşının xətrinə dəymək istəmədiyi üçün evi almağa razı olub.Qonşu olduqları üçün çox sevinən rəfiqələrin villaların arasındakı divarı söküb baxçalarını birləşdirəcəkləri deyilir.Xatırladaq ki, Beren Saata Çengelköydə yerləşən villanı sevgilisi, müğənni Kenan Doğulu alıb. Kenan Doğulu ev üçün 10 milyon dollar ödəyib.