Məşhur aktrisa yüksək məbləğdən niyə imtina etdi?

Bir çox seriallarda sevilən obrazlar yaradan Sinem Kobalı yeni seriallardan aldığı təklifləri rədd edib

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, serialın təşkilatçı heyətinin təklifini rədd edən aktrisa həftəyə 45 min türk lirəsi əldə etmək imknaını da qaçırıb. Buna səbəb isə onun "Atletiko Madrid"də forma geyən nişanlısı Arda Turanla birgə olmaq istəyi olub: "İl ərzində gərgin əməklə çalışdım. Bütün günü çəkilişlərdə oldum. Yalnız yayı nişanlımla birgə keçirə bilərəm. Buna görə şansımı qaşırmamaq üçün təklifdən imtina etdim". Arda Turanı görmək üçün tez-tez İspaniyaya gedən aktrisa yayı onunla birgə İstanbulda dincələcək. Bundan başqa qeyd edək ki, toy tarixləri bir neçə dəfə təxirə salınan cütülük bu dəfə də fərqli qərar qəbul ediblər. Türkiyə mediasında yayılan yeni məlumatlara grə, tərəflər gələn il ailə həyatı qurmağı planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31