Ebru Gündeşlə Rza Zərrabın sirri açıldı
Azərbaycanlı biznesmenlə illər öncə ailə həyatı quran Ebru Gündeşin hər kəsdən gizlin saxladığı sirrinin üstü açıldı
21 İyun 2013 18:22 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məşhur cütlüyün bir neçə dəyərli əşyasının üzərində, həmçinin də yenicə aldıqları villanın qapısı önündə "60 yıl" yazılan yazının hansı məna daşıdığı artıq hər kəsə bəlli olub. Bir-birlərini böyük sevgi ilə sevən tərəflər ailə həyatı qurarkən 60 il bir yerdə olacaqlarına söz veriblər. Verdikləri vədi unutmamaq üçün onlar hətta evlərinin girişində də "60 yıl" sözünü yazdırıblar. Məşhurun villası ilə yanaşı, avtomobilində də bu rəqəmi görmək olar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31