Səhnəyə çıxan qrup Ərdoğanın qarşısında etiraz etdi
Türkiyədə həftələr öncə başlayan Gəzi parkı üsyanı ilə əlaqədar bir neçə ölkədən idmançının qatıldığı yarışmanın açılış günündə Ərdoğana etiraz edildi
21 İyun 2013 14:55 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Mersində müxtəlif dünya ölkələrindən 2994 idmançının qatılacağı yarışmanın açılışında baş nazir Rəcəp Tayyip Ərdoğandan sonra səhnəyə çıxan musiqi orkestrı "Enbe" Gəzi parkındakı olaylara görə bədənlərinin açıq hissəsində xüsusi simvollu şəkillərlə etirazlarını bildirib. Üsyanda yaralananların çoxlu qan itirməsi ilə əlaqədar aksiya iştirakçıları lazımi anda kömək etmək üçün qollarına qan qruplarını, barışıq simvollarını əks etdirəcək yazılar yazır, şəkillər çəkirdi. "Enbe" orkestrının heyəti də səhnəyə qollarına qan qruplarını yazaraq, bədənlərinin müxtəlif hissələrində çəkdirdikləri şəkillərlə anarxiyanın hökm sürdüyünü özündə əks etdirməyə çalışıblar.