Hava Zamiqin planlarını alt-üst etdi
21 İyun 2013 13:41 MədəniyyətXəbər verdiyimiz kimi məşhur estrada müğənnisi Zamiq Hüseynov bu gün Jumeirah oteldə konsert proqramı ilə çıxış etməyi planlaşdırırdı. Lakin iyunun sərin keçən günlərini konsertin vaxtının dəyişməsinə səbəb oldu. Bu gün havanın yağışlı keçəçəyi vəd edildiyi üçün açıq havada təşkil olunan konsertin vaxtı dəyişməli oldu. Müğənninin mətbuat katibinin bizə verdiyi məlumata görə, konsert proqramı 2 gün sonra, yani iyunun 23-nə təyin edildi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31