Rafael Dadaşov qızına qadağa qoydu

"Səidəyə sənətdən, yaradıcılıq işlərindən sual verin, Brilliantdan yox"

Xalq artisti Rafael Dadaşov qızı Səidənin son açıqlamasından narahat olduğunu bildirib.ANS PRESS-in Lent.az-a istinadən verdiyi məlumata görə, aktyorun narahatlığına səbəb qızının Brilliant- Aygün qalmaqalından danışması olub. Məsələ ilə bağlı aktyor bunları söyləyib:"Heç kim Səidəyə Brilliant barədə sual verməsin. Səidəyə sənətdən, yaradıcılıq işlərindən sual verin, Brilliantdan yox".Aktyorun qızı Səidə Dadaşova isə daha xalası barədə danışmayacağını deyib:"Mən xalam barədə pis nəsə söyləmişəm? Əksinə xoş sözlər demişəm.Siz yazını verəndən sonra atam mənə zəng etdi və xalam barədə nə danışdığımı soruşdu, tapşırdı ki, xalam barədə danışmayım. Daha o mövzuya toxunmayacam".Qeyd edək ki, müğənni Səidə Dadaşova Brilliant- Aygün qalmaqalına bu cür münasibət bildirib:"Brilliant Dadaşova ilə Aygün Kazımova barışacaq. Bəzən ana ilə bala arasında da söz olur. Amma biləsiniz ki, bunlar müvəqqətidir. Onlar yenidən barışacaqlar. Çünki xalamın elə xasiyyəti, böyük ürəyi var ki, o, heç kimlə küsülü qalmır. Kaş, hər kəsin xalası belə ola."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31