Məşhurun öncəki həyat yoldaşı porno kasetlə onu təhdid etdi
Öncəki həyat yoldaşı Can Tanrıyarla münasibətləri gərginləşən müğənni Petek Dinçöz təhdid olunduğu üçün şikayət edib
20 İyun 2013 19:19 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni bu haqda hüquq-mühafizə orqanlarına şikayət edərək öncəki həyat yoldaşı tərəfindən şiddətə məruz qaldığını, kəmərlə döyüldüyünü deyib. Müğənni hüquq-mühafizə orqanlarına ünvanladığı məktubda öncəki həyat yoldaşının onu pornoqrafik kasetlə təhdid etdiyini deyərək çox qorxduğunu söyləyib: "12 il bir yerdə olduqdan sonra boşandıq. Çoxlu şiddətə məruz qaldığım üçün ondan ayrılmağı qərarlaşdırdım. Hətta döymələr nəticəsində aldığım zədələrin yeri hələ də görünür. Artıq dörd ildir ki, bir-birimizdən ayrı yaşayırıq. Ayrıldıqdan sonra o, məni şantaj etməyə başladı".