“Azərbaycan Teatrı 140” adlı sərgi keçiriləcək
20 İyun 2013 18:42 MədəniyyətMədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, Azərbaycanın peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1 mart 2013-cü il tarixli Sərəncamına əsasən Azərbaycan peşəkar milli teatrının 140 illik yubileyinə həsr olunan tədbirlər planı çərçivəsində 2013-cü il iyun ayının 24-dən 26-dək teatr rəssamlarının əsərlərindən ibarət "Azərbaycan Teatrı 140" adlı sərgi keçiriləcək. Sərgidə Azərbaycanın görkəmli teatr rəssamlarının müxtəlif illərdə səhnəyə qoyulmuş tamaşalara çəkdikləri teatr eskizləri nümayiş etdiriləcək. Sərginin açılışı 2013-cü il iyun ayının 24-də olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31