Möhtəşəm final

Bir ilə yaxındır ki, tamaşaçıların sevə-sevə izlədiyi "Məhkumlar" bədii televiziya serialının finalında - 36-cı bölümündə də bir sıra maraqlı hadisələr cərəyan edir.Beləki, Adil uşaqlıq dostu müstəntiq Rüstəmi ölümdən qurtarır və söhbət əsnasında ona atası Cavad həkimi öldürmək niyyətində olmadığını, bu hadisənin təsadüfən baş verdiyini etiraf edir. "Amma bütün bunlara rəğmən məni həbs edə bilərsən" deyə Rüstəmə bildirir...Ailəsiylə barışan Zər Şahmar Şəbnəmə söz verdiyi kimi Tunzaləylə birgə onu doğulduğu rayona - qohumlarıyla tanış etməyə aparır.Zərintac Solmazın övladını onun məzarı üstə qoyaraq "Bu sənin üzünü görmədiyin balandı! İylə balanı, ətrini duy..." deyə göz yaşı axıdır. Bu məqamda sanki körpə də nə baş verdiyini hiss edir, yanıqlı ağlatısı bütün qəbirstanlığa yayılır....Və serialın rejissoru Yaşar Əhmədov ilk dəfə məhz bu bölümdə ekranda görünür.Bir çox kədərli və ürək parçalayan notlarla zəngin olsa da, final nikbin ovqatda tamamlanır.Hadisələrin necə cərəyan etdiyini və tamamlandığını bilmək istəyirsinizsə, "Məhkumlar" bədii televiziya serialının 36-cı bölümünü - möhtəşəm finalını bu gün axşam saat 19.10-da ATV kanalında izləməyi unutmayın.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31