Tünzalə və Sabina Babayeva konsert verəcək

Azərbaycan səhnəsinin ən möhtəşəm səsləri bir araya gələcək

. Bu haqda məlumatı "OLAYLAR"a təşkilatçı Hüseyn Cavadzadə verib: "Əməkdar artist Tünzalə Ağayeva və Eurovision təmsilçimiz Sabina Babayeva birlikdə konsert proqramı ilə çıxış etmək niyyətindədirlər. Dəfələrlə ayrı-ayrılıqda canlı bandla jazz,soul,bluz və s. kimi janrlarda anşlaq konsertlər verən ifaçılar  bu dəfə daha böyük proqramla çıxış etmək fikrindədirlər. İfaçılar konsertlə bağlı məlumatları gizli saxlasalar da gecənin ənənəvi konsertlərdən çox fərqlənəcəyini söyləyiblər". Qeyd edək ki, Tünzalə və Sabinanın birgə konsertinin payız aylarında gerçəkləşdirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31