"Muhteşem yüzyıl"da yeni Hürrəm Sultan qalmaqalı
20 İyun 2013 12:30 MədəniyyətTürkiyənin ən populyar serialı "Mühteşem yüzyıl"da Hürrəm Sultan rolunu oynayan aktrisa Məryəm Üzerlinin çəkilişləri tərk edərək Berlinə yollanmasından sonra həmin rolda Vahidə Gördüm çəkilməyə başlayıb.Bu isə serialla bağlı qalmaqal yaradıb.Milli.Az AHT-yə istinadən bildirir ki, türk tamaşaçılar V.Gördümün ifasındakı Hürrəm Sultanı bəyənməyiblər.Sosial şəbəkələrdə aktrisa və onun oyunu çox sərt tənqid olunur."Muhteşem yüzyıl" serialı ilə bağlı Star TV telekanalına reklam vermiş bir sıra şirkətlər isə reklam müqavilələrinin müddətini uzatmaqda tərəddüd edirlər.Onlar serialın reytinqinin aşağı düşməsi ilə bağlı rəqəmlərdən narahat olublar.Twitter və Facebook istifadəçilərinin fikrincə, "Muhteşem yüzyıl"da Vahidə Gördümün oyunu, onun "Hürrəm Sultan"ı tam fiaskodur.Türkiyənin məşhurlarının Twitter-də olayla bağlı yazdıqlarının bəzilərini təqdim edirik:Burak Özçivit: "Vəssalam. Balıbəy dördnala çaparaq vətəninə döndü. Serialda zəhmət çəkmiş hər kəsə təşəkkür edirik. Əlvida"Demet Akalın: "Hürrəmin gedişindən bir ay keçdi. Ah, Məryəm, ah... Bunu etməyəcəkdin. Vallahi ki, sağal, gəl. Qurban olum, əl çək bu inaddan!"Erol Köse: "Yeni postmenopauza Hürrəm Vahidə Gördüm tam fiasko! Qanuni Sultan Süleymanın anası yaşındadır. Üstəlik, inandırıcı oynamır. Ah, Məryəm Üzerli, ah!"Burak Süleyman: "Serialın yeni mövsümündə Sultan Süleyman belə qoca, belə qart Hürrəm Sultandan uzaq durmaq üçün vaxtını at belində keçirəcək"Sultan Yalçın: "Hürrəm Sultan sultanın anası kimi geri dönüb"Ayşe Pınar: "Sultan Süleyman bu Hürrəmlə öpüşsə, ürəyim ağzıma gələcək"