Azərbaycanda avtomobil dərəyə yuvarlandı, ölən var

Mingəçevir şəhərində çimərlik yolunda ağır yol nəqliyyat hadisəsi baş verib

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, qəza zamanı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə bir nəfər dünyasını dəyişib. Hadisə Mingəçevir şəhərində iyunun 20-də gecə saat 1 radələrində baş verib.Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Xəlilov Rəşad Bərxudar oğlu idarə etdiyi 90-FC-145 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil ilə yüksək sürətlə çimərlikdən şəhər istiqamətinə hərəkət edən zaman idarəetməni itirib. Nəticədə avtomobil qəfildən yoldan çıxaraq əvvəlcə ağaca çırpılıb, daha sonra isə 50 metrə yaxın məsəfədən dərəyə yuvarlanıb.  Hadisə zamanı avtomobildə tək olan sürücü Rəşad Xəlilov aldığı ağır bədən xəsarətlərindən elə hadisə yerindəcə dünyasını dəyişib. Faktla əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31