Məşhur aparıcı efirdən qovuldu

Türkiyədə Gezi parkı hadisələri barədə tənqidi danışan məşhur aparıcı Saba Tümer qovulub. Publika.Az-ın məlumatına görə, "Saba Tümer ilə Bugün" adlı proqramda aparıcı Taksim hadisələri barədə danışıb. Sonra isə proqrama reklam fasiləsi verilib. Reklamdan sonra proqramın əvəzinə başqa bir yemək proqramı yayımlanıb.

Lakin Saba Tümer hadisəyə münasibət bildirərək bu sözləri yalanlayıb. O deyib ki, proqramları sadəcə olaraq sezon finalına gedib, sentyabrda geri dönəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31