Necati Şaşmazın sevgilisi onunla gündəmə gəlmək istəmir

Bir müddət öncə sevgili olan məşhur cütlük Necati Şaşmazla aktrisa Nur Fəttahoğlunun münasibətləri sona çatdıqdan sonra tərəflər bir-biri haqda sərt bəyanatlar verdi

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, alış-veriş edərkən jurnalistlər tərəfindən sorğu-sual edilən Nur Fəttahoğlu bir sıra məsələlər haqda danışaraq Gəzi üsyanına da toxunub. Necati Şaşmazın Gəzi üsyanı ilə əlaqədar mövqeyinə münasibət öyrənmək istəyən jurnalistlər aktyorun öncəki sevgilisi Nur Fəttahoğlundan belə mesaj alıb: "Ölkəmizin bu qədər problemi ola-ola bu haqda danışmağa nə ehtiyac var? Məni daha önəmli məsələlər maraqlandırır. O, adamla gündəmə gəlmək istəmirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31