Azərbaycandakı 7 minə yaxın mədəni irs nümunəsinin 20-25 faizə yaxını pasportlaşdırılıb
19 İyun 2013 17:11 Mədəniyyət"Azərbaycanda abidələrin pasportlaşdırılması ilə bağlı müvafiq tədbirlər görülür, ancaq deməzdim ki, bu istiqamətdəki işlər çox sürətlə gedir". Trend-in məlumatına görə, bunu çərşənbə günü mədəniyyət və turizm naziri Əbülfəz Qarayev jurnalistlərə açıqlamasında bildirib. O xatırladıb ki, Azərbaycanda təxminən 7 minə qədər mədəni irs nümunəsi mövcuddur və hazırda bunun 20-25 faizə yaxını pasportlaşdırılıb: "Abidələrin pasportlaşdırılması uzunmüddətli prosesdir. Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərindəki mədəni irs nümunələrimiz də siyahıdadır. Torpaqlarımız geri qaytarılandan sonra onların aqibəti bəlli olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31