Aygün Kazımova əxlaqsız qadınlarla yaxalanıb?
“OLAYLAR”a hansı məşhur haqda anonim məktub daxil oldu?
19 İyun 2013 16:57 MədəniyyətSon günlər xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımova arasında yaranan qalmaqal gündəmdən düşmür. Bu gün elektron ünvanımıza çox məşhur şəxs tərəfindən ünvanlanan məktub da elə bu haqdadır. Məktubda Brilliant Dadaşovanın baş verən hadisələrlə əlaqədar qarşı tərəfi cavabsız qoyduğunu qeyd edən şəxs Aygün Kazımova haqda özünün də dediyi kimi gizlin qalan məqamları açıqlayıb. Məktubu sizə olduğu kimi təqdim edirik: "Mübahisənin kökü xanım Dadaşovanın sosial şəbəkədə Aygünün ödül almamasına üzülməsi olsa da, digər tərəf fəal olaraq mövzudan maksimum gündəmdə qalmaq üçün yararlanır. Aygün Kazımova bir neçə dəfə televiziya çıxışlarında, sosial şəbəkələrdə bu mövzuda xoşagəlməz sözlər desə də Brilliant xanım deyilənlərə cavabsız qoyur. Bütün bunlar isə xanım Dadaşovanın fanatlarını özündən çıxarıb və onlar sosial şəbəkədə Aygün Kazımova əleyhinə kampaniyaya başlayıblar. Aygünün sərxoş şəkilləri ilə bərabər Türkiyə mətbuatında işıqlanan qalmaqallı yazını ortaya çıxarıblar. Azərbaycan mətbuatında bu olay gizli qalsa da internetdə kifayət qədər bilgi olan bu yazı Aygünün Türkiyə səfərləri ərəfəsində baş verib. İstanbulda keçirilən reyd zamanı müğənninin yaxın dostu, evində qaldığı stilist Romazzo keçirilən reyd vaxtı evindəki 10 əxlaqsız qadınla yaxalanıb. Aygün Kazımova ilə bərabər fotosu olan başlıqda göründüyü kimi məşhur qadınları 1000 dollara satan Romazzonun yanında həmin gün Aygün Kazımovanın olduğu bildirilsə də müğənni bu olayı yerli mətbuatdan gizlədə bilib. Hadisədən bir müddət sonra insan alverilə Türkiyədə tanınan Aygün və Romazzo Kral tv ödüllərinin təqdimetmə mərasiminə birgə qatılıblar. Bu barədə informasiyanı dünən sosial şəbəkələrdə Brilliant Dadaşovanın 10000-dən çox fanatı paylaşıb". Xalq artisti Brilliant Dadaşovanın məsələyə münasibəti haqda yazan anonim şəxs qarşı tərəfin bu məsələyə laqeyd yanaşdığını, tərəfdarlarını da məyus olmamağa səslədiyini deyib: "Brilliant xanım isə səhifəsində paylaşılan xalq artistinin sərxoş şəkillərini silərək sadəcə belə münasibət bildirib: "Eziz FB dostlarim- xaiś edirem menim seyfeme yalniz òzūmùze aid olan- śekiller yerleśdirin :)))Boś śeyler ùćùn ganinizi garaltmayin- Sizi ćox sevirem :))". Sonda cavabdeh şəxs anonimliyinin qorunması üçün bu informasiyanı da yerləşdirib: "Sadəcə olaraq press-relizin yayılmasında adımın hallanmasını istəmirəm".