Səhhət Veysovun sərgisi açılacaq

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən istedadlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Səhhət Veysovun 60 illik yubiley sərgisi keçiriləcək. Sərginin açılışı  iyun ayının 20-də saat 17:00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında təşkil olunacaq.
Şərq və Qərb incəsənətinin ənənələrinə əsaslanaraq özünəməxsus bədii təsir gücünə malik əsərlərin yaradılması, milli mövzuların şərti, stilizə olunmuş, bəzən də abstrakt formalarda təsviri, nağıl qəhrəmanlarının, mifoloji obrazların məxsusi dəsti-xətlə kətan üzərinə köçürülməsi S.Veysovun yaradıcılığının əsas xüsusiyyətləridir.
Sərgidə rəssamın yaradıcılığının 40 ilə yaxın dövrünü əhatə edən rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş etdiriləcək. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31