Tünzalə Ağayeva konsert verəcək
19 İyun 2013 14:45 MədəniyyətBir sıra yeni mahnılar üzərində işləyən sevilən müğənni Tünzalə Ağayeva hit olacaq ifalarını payızda sevənlərinə təqdim edəcək. Bu haqda "OLAYLAR"a müğənninin prodüsseri Yalçın açıqlama verib: "İsti aylarda da Tünzalə xanım fəaliyyətini davam etdirəcək. Lakin yeni işıq üzü görəcək mahnıları yayda deyil, payız aylarında təqdim etməyi düşünürük". Yay olmasəına baxmayaraq fəaliyyətini davam etdirəcək müğənni bir sıra mötəbər tədbirlərə də qatılacaq: "Xarici ölkələrə səfərlərimiz də davam edəcək. Sentyabr-oktyabr aylarında isə TRT-nin İzmirdə təşkil etdiyi tədbirdə ölkəmizi Tünzalə Ağayeva təmsil edəcək. Almaniyaya və iyulun əvvəlində İpək Yolu festivalı ilə əlaqədar tədbirdə iştirak etmək üçün xüsusi proqramla çıxış edəcək. Bundan başqa caz festivalı çərçivəsində payız aylarında Bakıda konsertə hazırlaşacağıq. Sentyabr-oktyabr aylarında bir sıra xarici ölkələrdə də konsert verəcək".