"Hürrəm Sultan Bakıya getməyəcək. Yalandır"

Tükəndiyini və yorulduğunu deyən, doğulduğu Almaniyaya yollanaraq Berlindəki psixoloji-reabilitasiya klinikasında müalicə olunan aktrisa Məryəm Üzerlinin İstanbula qayıtmayacağı konkretləşib

Milli.Az AHT-yə istinadən bildirir ki, populyar "Muhteşem yüzyıl" serialında Hürrəm Sultan rolunu oynayan və serialı 100-cü seriyada tərk edən aktrisanın sevgilisi Can Ateş deyib: "Məryəmin müalicəsi davam edir. Onun İstanbula dönəcəyini sanmıram".
M.Üzərlinin Türkiyə və Azərbaycanın birgə məhsulu olacaq "Acıtan yürek" filminə aktyor seçimləri üçün Bakıya yollanacağı, Saruhan Hünellə birlikdə münsiflər heyətində yer alacağı barədə yayılmış xəbərləri yalanlayan Can Ateşin sözlərinə görə, Məryəmin Azərbaycana yollanmaq fikri yoxdur.
"Hürrəm Sultan Bakıya getməyəcək. Yalandır! İndi heç bir halda iş barədə fikirləşmir. Məryəmi yoluxmaq, onunla görüşmək üçün sürəkli olaraq Berlinə gedirəm. Toyla bağlı konkret planımız da yoxdur. İndi əsas məsələ onun sağlamlığıdır", - C.Ateş bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31