5 yaşlı Azərbaycanlı qız Avropa səhnəsində

Golden Sparklesde bizi kim təmsil edəcək?

Azərbaycan ilk dəfə Bolqariyanın Varna şəhərində uşaqlar arasında keçirilən Golden Sparkles European Music  Festivalına qatılacaq. Müsabiqədə ölkəmizi 5 yaşlı Selcan Müseyibova təmsil edəcək. Sözləri və musiqisi Məryəm Əlibəyliyə məxsus "Oxuyaq nəğmələri" mahnısı ilə çıxış edəcək Selcan 3 yaşından səhnədədir və eyni zamanda Cücələrim uşaq qrupunun solistidir. Qeyd edək ki, 30-a yaxın ölkənin iştirak edəcəyi festivalda Azərbaycan deleqasiyasının rəhbəri və ölkəmizi münsiflər heyyətinin nümayəndəsi prodüser, fəlsəfə elmləri doktoru Hüseyn Cavadzadədir. O, "OLAYLAR"a açıqlamasında müsabiqə ilə bağlı bunları bildirib: " Selcan inanılmaz istedada sahib bir qızdır. Ən əsası onun səhnədə çox sərbəst olmasıdır. Bu vaxtadək çox peşəkar, öz sözünü deyən sənətçilərlə çalışsam da bu balaca qızcığaz məni təəccübləndirməyi bacardı. Əminəm ki, festivaldan çox yaxşı nəticələrlə geri dönəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31