Toğrul Nərimanbəyov islam dininə uyğun dəfn ediləcək- VIDEO

İyunun 2-də Parisdə vəfat edən Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun Fransada, yoxsa Azərbaycanda dəfn edilməsi qalmaqalına nəhayət ki, son qoyulub. Fransa məhkəməsi qərarını az öncə açıqlayıb."Qafqazinfo" xəbər verir ki, Toğrul Nərimanbəyovun həyat yoldaşı Sevil Nərimanbəyova məsələ ilə bağlı ANS-ə açıqlama verib:"Təxminən saat 12-nin yarısında bizə məhkəmədən cavab gəldi ki, Toğrulun harada dəfn edilməsinə ancaq həyat yoldaşı qərar verə bilər. Hakim mənim Toğrulla hansı münasibətdə olduğumun əsas olmasını yox, bizim oğlumuzun doğum şəhadətnaməsində onun atasının Toğrul olduğunu xüsusilə vurğuladı. Qarşı tərəf mətbuatda məqalənin olduğunu və bu məqalədə Toğrulun Şuşa şəhərinə getmək istəməsindən bəhs edildiyini açıqladılar. Amma hakim bunun Toğrulun Şuşada basdırılmaq istəməsinə heç bir aidiyyəti olmadığını söylədi. Mənin vəkilim dedi ki, mən dəfn təşkilatına yaxın 24 saat ərzində müraciət edə bilmərəm, çünki qarşı tərəfin bu müddət ərzində Apellyasiya Məhkəməsinə müraciət etmək hüququ var. Mənim vəkilim mənə onsuz da bu məhkəmənin bizim xeyrimizə qərar verəcəyini dedi".Rəssamın həyat yoldaşı artıq Toğrul Nərimanbəyovun dəfn ediləcəyi yerin müəyyənləşdirildiyini də deyib. O bildirib ki, Azərbaycanın xalq rəssamı Parisin Sentuan Parisiyen qəbiristanlığında torpağa tapşırılacaq.Sevil Nərimanbəyova onu da qeyd edib ki, rəssamın nəşinin yandırılması və ya xristiansayağı dəfn edilməsi məlumatları təmamilə yalandır. Toğrul Nərimanbəyov islam dininə uyğun olaraq müsəlman adət-ənənələri ilə dəfn ediləcək. Dəfnin tarixi isə yaxın 24 saat ərzində müəyyən olacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31